Sumqayıt sakininin bank hesabından 2 min manat oğurlanıb

Sumqayıt sakininin bank hesabından 2010 manat oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə martın 27-də şəhər sakini S.İbadovun bank hesabından 2010 manatının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini E.Ağayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21