Sumqayıt sakinini qətlə yetirən şəxs saxlanılıb

Bakı. 13 iyun. REPORT.AZ/ Sumqayıt şəhər sakinini qətlə yetirən şəxs həbs olunub.

“Report”un məlumatına görə, iyunun 12-də şəhərin Bələdiyyə parkında 1975-ci il təvəllüdlü Emil Nuriyev bıçaqlanaraq qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində E.Nuriyevi öldürən 1987-ci il təvəllüdlü Xəyal Abbasov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47