Sumqayıt sakinindən külli miqdarda narkotik vasitə götürülüb

Bakı. 13 yanvar. REPORT.AZ/ Sumqayıt sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elşən Məmmədovdan 1 kiloqram 25 qram tiryək götürülüb.

Hazırda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45