Sumqayıt sakini evində iş görərkən laqunda ilə əlini kəsib

Sumqayıt şəhərində evində iş görən şəxs laqonda ilə əlini kəsib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 39-cu məhəllə ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Mehdi Baləli oğlu Rəcəbov fərdi yaşayış evində iş görərkən əlini laqunda ilə kəsib. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər