Ceyranbatan bağlarında ölmüş vəziyyətdə tapılan şəxsin kimliyi məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, 1975-ci il təvəllüdlü Adıgözəlov Elmar Xəlil oğlunun meyiti yaşadığı evdə aşkar edilib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi hələ ki bilinmir.
Faktla bağlı araşdırma aparılır.
*** 01:12
Sumqayıt sakini Ceyranbatan bağlarında ölmüş vəziyyətdə tapılıb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, onun meyiti yaxınları tərəfindən aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.