Sumqayıt sakini 9 bıçaq zərbəsi ilə qətlə yetirilib

Sumqayıt. 12 iyun. REPORT.AZ/ Sumqayıt şəhər sakini bıçaqlanaraq qətlə yetirilib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib.

Belə ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Nuriyev Emil Cəmil oğlu naməlum şəxs tərəfindən 9 bıçaq zərbəsi alıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57