Sulutəpədə gənci avtomobil vurub

Bakıda 28 yaşlı gənci avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Paşayev Əli Şölət oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol diz oynağının əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27