​Azərbaycanda 30 min manat oğurlamaqda şübhəli bilinən ev xidmətçisi tutulub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakının Süleyman Rüstəm küçəsində yaşayan Aidə İbrahimovanın evindən 30 min manat pul oğurlanıb. "Report" xəbər verir ki, bu barədə Bakı şəhər baş polis idarəsinin yaydığı məlumatda deyilir. 

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulu oğurlamaqda şübhəli bilinən mənzildə xidmətçi işləyən, Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Mehriban Əbülfəz qızı Quliyeva tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12