Su kanalında meyit tapılıb

Bakı. 22 iyul. REPORT.AZ/ Tərtər rayonunun Evoğlu kəndində kişi meyiti tapılıb. "Report" xəbər verir ki, 17-18 yaşlarında olan naməlum gəncin meyiti həmin kənddəki su kanalında aşkarlanıb. Hələlik gənc yaşlarında olan şəxsin kimliyi müəyyənləşdirilməyib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. Naməlum şəxsin meyiti rayon mərkəzi xəstəxanasında morqa gətirilib və tibbi ekspertizaya verilib.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54