"Sovetski"də iki ev yanıb

Bakı. 2 sentyabr.REPORT.AZ/ Bu gün səhər saatlarında Bakının Yasamal rayonun Nəriman Nərimanov prospektində "Sovetski" kimi tanınan ərazidə vətəndaşa məxsus fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) Report-a verilən məlumata görə, hadisə zamanı ümumi sahəsi 115 kv.m olan ikimərtəbəli 7 otaqlı ev və ona bitişik ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Əraziyə yanğınsöndürənlər çağrılıb.

Qeyd edək ki, yanğın baş verən ev plana düşən və sökülməsi nəzərdə tutulan əraziyə daxildir.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59