İki rayonda zəlzələ olub - YENİLƏNİB

Azərbaycanın daha bir rayonunda zəlzələ olub.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla saat 08:00-da Bərdə stansiyasından 8 km cənub-qərbdə Bərdə ərazisində qeydə alınıb.

Dərinliyi 24 km, maqnitudası 3.2 olan zəlzələ hiss olunmayıb.


*** 08:13

Siyəzəndə zəlzələ olub.

Bu barədə "Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Yeraltı təkanlar yerli vaxtla saat 03:57-də Altıağac stansiyasından 22 km şimal-şərqdə, Siyəzən ərazisində qeydə alınıb. Zəlzələ 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 44 kilometr dərinlikdə yerləşib. 

Yeraltı təkanlar hiss olunmayıb.

Digər xəbərlər

Qaradağda yük maşını aşıb 17 avqust, 2026 / 10:20