Azərbaycanda qadın yol qəzasında ölüb - YENİLƏNİB

Siyəzən. 24 oktyabr. REPORT.AZ/ Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un şimal bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Quba yolunun 110-112-ci kilometrliyində, yolun Siyəzən rayonu ərazisində qeydə alınıb.

10-KM-964 nömrəli, Daewoo-Nexia markalı avtomobil qəzaya uğrayıb. Hadisə zamanı sərnişinlərdən biri, 1965-ci il təvəllüdlü Ağayeva Sevil Ağa qızı hadisə yerində dünyasını dəyişib, digər sərnişin 1999-cu il təvəllüdlü Ağayeva Fatimə Elxan qızı isə yüngül xəsarətlər alıb.

Sürücü hadisə yerindən yayındığından kimliyi barədə məlumat yoxdur.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48