Siyəzəndə küçə itləri yeniyetməyə hücum edib

Siyəzən rayonunda yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, gündüz saatlarında rayon sakini 2006-cı il təvəllüdlü Emin Mehman oğlu Mürvətov küçə itlərinin hücumuna məruz qalıb.

Emin Mürvətov xəstəxanaya yerləşdirilib. Xəstəxanada, ona ilkin tibbi yardım göstərilib, vaksinasiya olunub.

Vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər