Siyəzəndə hamilə qadın bıçaqlanıb

Siyəzən. 18 oktyabr. REPORT.AZ/ Siyəzən rayonunda hamilə qadın bıçaqlanıb.

"Report"un Şimal müxbirinin verdiyi məlumata görə, hadisə ailə münaqişəsi zəminində qeydə alınıb.

Belə ki, rayonun Zarat kənd sakini 1981-ci il təvəllüdlü Cəbrayılova Aynurə Süleyman qızı əri tərəfindən bıçaqlanıb.

Yaralı Siyəzən Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Burada zərərçəkmişin hamilə olduğu məlum olub.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər