Siyəzəndə avtomobil qəzası olub, 8 nəfər yaralanıb - YENİLƏNİB - SİYAHI

Siyəzəndə 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Siyəzən Rayon Polis Şöbəsindən "Report"un Şimal bürosuna verilən məlumata görə, rayonun Eynibulaq kənd sakini, 1994-cü il təvəllüdlü Mirnağı Həşimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Siyəzən şəhər sakini, 1978-ci il təvəllüdlü Seymur Quliyevin idarə etdiyi "Opel" markalı avtomobil toqquşub. Nəticədə, ümumilikdə,  8 nəfər xəsarət alıb. Onlar Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar.

Yaralılardan 6-nın xəsarəti yüngül olduğundan ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. "VAZ 2107"nin sürücüsü M.Həşimovun və sərnişininin xəsarətləri ağır olduğundan mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.


*** 09:12

Siyəzən rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun  Eynibulaq kəndi ərazisində baş verib.

Belə ki, hərkətdə olan "Opel" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Qəza zamanı 8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47