Siyəzən rayonunun Qərəh kəndi ərazisində silahlı insident baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 10-da Siyəzən Rayon Polis Şöbəsinə həmin kənd sakini R.Şıxəliyevin xuliqanlıq zəminində Xızı rayon sakini C.İslamov istiqamətində ov tüfəngindən atəş açması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Şıxəliyev saxlanılıb və ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.