Siyəzəndə avtomobil 40 yaşlı qadını vurub

Siyəzən rayonunun Sədan kəndində avtomobil yolu keçən piyada - 1982-ci il təvəllüdlü Lətifova Xəyalə Qabil qızını vurub.

"Report"un məlumatına görə, yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Talaçaydan sel keçir 08 iyul, 2026 / 11:03