Siyəzəndə 40 yaşlı kişi yol qəzasında ağır xəsarət alıb

Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 1982-ci il təvəllüdlü Əliyev Orxan Alay oğlunu vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39