Bakı. 11 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Report" FHN-ə istinadən xəbər verir ki, qurumun müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb ediliblər.
Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.