"Siyaqut" şadlıq sarayından oğurluq olub

Bakıda şadlıq sarayından oğurluq olub.

"Report" xəbər verir ki, Nizami rayonunda yerləşən "Siyaqut" şadlıq sarayından qab-qacaq və digər avadanlıqlar oğurlanıb.

Şadlıq sarayına dəyən ziyanın bir neçə min manat olduğu bildirilir.

Cinayəti kimin (yaxud kimlərin) törətdiyi məlum deyil, araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26