Bakı. 24 oktyabr. REPORT.AZ/ Şirvan şəhərində yol qəzası baş verib.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, “Mitsubishi” markalı avtomobil Kür çayının üzərində yerləşən körpüyə qalxarkən idarəetməni itirərək aşıb.
Nəticədə sərnişinlər - Bakı şəhər sakinləri, sürücünün anası, 1948-ci il təvəllüdlü Ayaz Mirzə qızı Hümbətova və həyat yoldaşı, 1978-ci il təvəllüdlü Kifayət Rafiq qızı Nəbiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.