Şirvanda yol qəzası baş verib, 4 nəfər yaralanıb

Şirvan. 5 mart. REPORT.AZ/ Şirvan şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, şəhərin "Sever” adlanan ərazisində “Mercedes” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər