Şirvanda yanğın hadisəsi qeydə alınıb

BAKI. 23 yanvar. REPORT.AZ/ Şirvan şəhərində yanğın hadisəsi qeydə alınıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus “Moskviç” markalı minik avtomobilində baş verib.

Nəticədə avtomobilin mühərrik hissəsi və təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45