Şirvanda xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs edilib

Şirvanda yerləşən kafelərin birində şəhər sakininə qarşı xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs edilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Rüfət Əmirov saxlanılıb. Həmin şəxsin üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı müxtəlif növ narkotik vasitələr və narkotik tərkibli həblər, eləcə də bir ədəd bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39