Bakı. 23 iyul. REPORT.AZ/ Şirvan şəhərində avtomobil təmiri sexinin ərazisində "Tofaş" markalı minik avtomobili yanıb.
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın saat 12:34-də söndürülüb.