Bakı. 7 iyul. REPORT.AZ/ Şirvan şəhərində Kür çayında batmaq təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib.
"Report" Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə istinadən bildirir ki, Şirvan şəhərində 1 nəfər Kür çayında (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Əməliyyat saat 18:20-də başa çatıb.