Şirvanda kişi meyiti tapılıb

Şirvan. 1 iyun. REPORT.AZ/ Şirvan şəhərində kişi meyiti tapılıb.

”Report”un Aran bürosu xəbər verir ki, Kür çayının şəhər ərazisindən keçən hissəsində sahildə naməlum kişi meyiti aşkarlanıb. 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıt sakini dənizdə batıb 10 avqust, 2026 / 10:52
Bilgəhdə kişi dənizdə boğulub 10 avqust, 2026 / 10:49