Şirvanda iki nəfər bir-birini bıçaqlayıb

Bakı. 24 avqust. REPORT.AZ/ Şirvanda iki nəfər bir-birini bıçaqlayıb. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, avqustun 24-də Şirvan şəhərində şəhər sakini Kamran Heydərov və Sabirabad rayon sakini Rövşən Salavyov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41