Şirvanda ağır yol qəzasında ölənlərin adları məlum olub - YENİLƏNİB

Şirvanda ağır yol qəzası nəticəsində ölənlərin adları məlum olub.  

"Report"un Aran bürosu xəbər verir ki, bunlar Saatlı rayon sakini, 1977-ci il təvəllüdlü Zeynalova Pərvanə Saleh qızı, Tərtər rayon sakini, 1953-cü il təvəllüdlü Dadaşova Eyzangül Kərəm qızı və əslən Salyan rayonundan olan, Tərtər rayonunda yaşayan, 1985-ci il təvəllüdlü Zeynalova Zöhrə Oruc qızıdır. 


*** 11:14

Şirvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə şəhərin giriş hissəsində qeydə alınıb.

Şamilov Qadir Cəfər oğlunun idarə etdiyi "Hyundai" markalı 90-OT-031 dövlət nömrəli avtomobil idarəetmədən çıxaraq Şirvan şəhərinin girişindəki alaqapıya çırpılıb. Nəticədə sürücü və avtomobildə olan 3 qadın dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48