Şirvanda avtomobildən tüfəng və tapança aşkarlanıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Şirvanda avtomobilə baxış zamanı tüfəng və tapança aşkar edilib.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Fərid Cəbrayılova məxsus "VAZ-2121" markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan "Churchill" markalı ov tüfəngi və "GAMO" markalı tir tapançası aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41