Şirvanda avtomobil sərxoş piyadanı vurub

Şirvan şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Həşimov İlham İslam oğlu sərxoş vəziyyətdə yolu keçmək istəyən zaman avtomobil onu vurub.

Sürücü piyadanı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37