Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb

Şirvan. 26 noyabr. REPORT.AZ/ Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan Olimpiya kompleksnin yaxınlığında baş verib. 

Belə ki, Şirvan sakini, 1987-ci il təvəllüdlü Xanbabayev Şaiq Faiq oğlu idarə etdiyi “VAZ 2107” markalı 54-BX-296 dövlət qeydiyyatlı avtomovil ilə Şirvan sakini, 1948-ci il təvəllüdlü Qurbanov Fərhadı vurub. Ağır xəsarətlər alan yaralı sürücünün özü trərfindən Şirvan Şəhər Xəstəxnasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan polisi tərəfindən araşdırma aparılır.   

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05