Şirvanda avtomobil piyadanı vuraraq öldürüb

Şirvan şəhərində avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, Hacıqabul rayon sakini, 1967-ci il təvəllüdlü Qurbanov Ramil Rafiq oğlu yolu keçən zaman minik avtomobili onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 31 mart, 2026 / 12:15
Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50