Şirvanda avtomobil 58 yaşlı qadını vurdu

Şirvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şirvan şəhərində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Kamilova Ziyafət Ədalət qızı yolu keçmək istəyən zaman “VAZ-2107” markalı avtomobil onu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50