Şirvanda 80 yaşlı kişi evində ölü tapılıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Şirvan şəhərində yerləşən evlərdən birində kişi meyiti aşkar edilib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, 1938-ci il təvəllüdlü şəhər sakini Mirzəyev Nazim Abdulla oğluna məxsus meyit mərhumun yaşadığı Mehmandarov küçəsi, 34 ünvanında tapılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edilir ki, mərhumun üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb. Qonşuların bildirdiyinə görə, kimsəsiz və tək yaşayan 80 yaşlı kişi öz əcəli ilə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şirvanda yanvarın 14-də də mənzildən meyit aşkar edilib.

Digər xəbərlər

Kürdəmirdə 6 otaqlı ev yanıb 06 mart, 2026 / 11:24