Şirvanda mənzildən yaşlı qadının meyiti tapılıb.
“Report”un Aran bürosu xəbər verir ki, Şirvan şəhər sakini, 1944-cü il təvəllüdlü Qaçayeva Zemfira Mizəmməd qızının meyiti yaşadığı Heydər Əliyev prospekti 5 ünvanında aşkar edilib. Hadisə yerinə FHN və hüquq-mühafizə orqanları cəlb olunub. Qadının bir neçə gün bundan öncə öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.