Şirvanda ahıl kişi tüstüdən boğularaq öldü

Şirvan şəhərində bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Belə ki, 1951-ci il təvəllüdlü Əhmədov Balaqardaş Malik oğlu evdə baş verən yanğın zamanı tüstüdən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər