Şirvanda 51 yaşlı kişinin meyiti tapılıb

Şirvan şəhərində meyit aşkar edilib.

“Report”un Aran bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospektində, Şirvan sakini, 1970-ci il təvəllüdlü Gülmalıyev Daşqın Rahil oğlunun meyiti tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ceyranbatanda mənzil yanır 09 oktyabr, 2026 / 17:23