Şirvan sakinini barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən şəxs saxlanılıb

Bakı. 25 fevral. REPORT.AZ/ Şirvan sakinini şantaj etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un verdiyi xəbərə görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2016-cı ilin aprel-may aylarında barəsində rüsvayedici məlumatlar yayacağı ilə şəhər sakini Ə.Xudaverdiyevi hədələyib ondan ümumilikdə 400 manat və 2.000 ABŞ dolları almaqda şübhəli bilinən şəhər sakini Abduləziz Bəşirov tutulub.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05