Şirvanda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Şirvan şəhərində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin mərkəzi hissəsində qeydə alınıb. Avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Astanova Ruqəyya Vidadi qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

İsmayıllıda ev yanıb 10 oktyabr, 2026 / 12:36