Sirab kəndində avtomobil qaz xəttini zədələyib, təchizat dayanıb

Babək rayonunun Sirab kəndində avtomobil qəzası nəticəsində qaz xətti zədələnib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə bu gün səhər saat 08:30 radələrində baş verib.

Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində xətt yararsız hala düşüb.

Təhlükəsizlik məqsədilə ərazidə qazın verilişi dayandırılıb. Hazırda aidiyyəti qurum tərəfindən təmir-bərpa işləri aparılır.

Qazın verilişinin yaxın saatlarda bərpa olunması planlaşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47