​Şimali Kiprdə baş verən yol qəzasında iki azərbaycanlı tələbə ölüb

Bakı. 29 fevral. REPORT.AZ/ Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada baş verən avtomobil qəzası nəticəsində ölən 4 tələbədən ikisi Azərbaycan vətəndaşıdır.

"Report" xəbər verir ki, bu haqda "kibrispostasi" məlumat yayıb. 

Məlumata görə, hadisə ötən gecə "Genc TV"nin binası qarşısında olub. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb. 4 nəfər isə yaralanıb. Yaralılardan ikisinin vəizyyəti ağır olub. Onlardan ikisi, Azərbaycan vətəndaşları - Nicat Hacızadə (avtomobilin sürücüsü) və Yunus Ərəbov xəstəxanada həyatını itirib. Xəstəxanaya yerləşdirilən yaralı Azərbaycan vətəndaşı Anar Süleymanlının vəziyyətinin kafi olduğu bildirilib. Digər yaralı Mehdi Laamyemin vəziyyəti isə ağır olaraq qalır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47