Sığorta şirkəti Dövlət Gömrük Komitəsini məhkəməyə verib

Bakı. 21 aprel. REPORT.AZ/ “Ata Sığorta” ASC Dövlət Gömrük Komitəsini məhkəməyə verib.

"Report"un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC pul barədə tələb irəli sürüb.

Pulun məbləği açıqlanmayıb.

Məhkəmə iddianı qismən təmin edib.

Qərardan narazı qalan sığorta şirkəti apellyasiya şikayəti verib.

Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47