Seysmoloji Xidmət Mərkəzi: İran-İraq sərhədində baş verən zəlzələ Naxçıvan və cənub rayonlarında hiss olunub

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi İran-İraq sərhədində baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

“Report”un məlumatına görə, qurumun saytında qeyd olunur ki, yerli vaxtla saat 22:18-də İran-İraq ərazisində 7.2 maqnituda gücündə zəlzələ olub.

Zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında zəif hiss olunub.

Yeraltı təkanlar yerin 19 km. dərinliyində qeydə alınıb.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14