Şərurda qadın dəm qazından ölüb

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 1996-cı il təvəllüdlü Bağırova Xədicə Tağı qızı dəm qazından boğularaq ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Dizə kəndində qeydə alınıb.

Faktla bağlı Şərur Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33