Şəmkirin 24 yaşlı sakini intihara cəhd edib

Şəmkir. 17 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda 24 yaşlı gənc intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Təzəkənd kənd sakini, 1992-ci il təvəllüdlü Rzayev Samir Edalet oğlu yaşadığı evdə kimyəvi maddə içərək intihar etmək istəyib.

Zəhərlənən gənc yaxınları tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən dərhal tibbi yardım göstərilən S.Rzayevin vəziyyəti orta-ağır olduğu bildirilir. Onun hansı səbəbdən intihara cəhd etməsi isə hələlik məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48