Şəmkirdə yol qəzasında bir ailənin 4 üzvü xəsarət alıb

Şəmkirdə avtomobil qəzasında bir ailənin 4 üzvü xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun "Karaz yolu" adlanan avtomobil yolunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində, bir ailənin 4 üzvü - 1989-cu il təvəllüdlü L.Qurbanova, 2009-cu il təvəllüdlü N.Qurbanov, 2011-ci il təvəllüdlü R.Qurbanov və 1985-ci il təvəllüdlü N.Qurbanov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı digər avtomobildə olanlar ciddi xəsarət almayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47