Şəmkirdə yol qəzasında ağır yaralanan polis serjantı ölüb

Şəmkir. 2 fevral. REPORT.AZ/ Şəmkir rayonunda yol qəzasında ağır xəsarət alan polis serjantı ölüb.   

"Report"un Qərb bürosunun məlumatına görə, bir neçə gün əvvəl Şəmkir şəhərində avtomobil qəzasına düşərək ağr xəsarət alan sürücü, Gədəbəy rayon sakini Gəray Həsənov Bakıdakı xəstəxanalardan birinə aparılan zaman dünyasını dəyişib.

Məlumata görə, G.Həsənov Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantıdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47