Şəmkirdə yol qəzası olub, 2 nəfər xəsarət alıb 

Şəmkir rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Yeni Həyat kəndində qeydə alınıb.

Qəza nəticəsində Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Elmir Əsgərov və onun həmyaşıdı Vüqar Rüstəmov xəsarət alıblar. Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar, vəziyyətləri qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər