Bakı. 15 iyul. REPORT.AZ/ Şəmkir rayonunda yol qəzası olub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, iyulun 15-də saat 2.00 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində kənd sakini Şamnur Namazovun idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı ağaca vurması nəticəsində o və sərnişini, həmkəndlisi Tural Mehdizadə hadisə yerində ölüblər.